...

AMEA "DetAl Holdinq" ilə əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2014 17:01 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “DetAl Holdinq” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
AMEA "DetAl Holdinq" ilə əməkdaşlıq edəcək (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə "DetAl Holdinq" şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, sənəd AMEA prezidenti, akademik Akif Əlizadə ilə "DetAl Holdinq" şirkətinin baş direktoru Sərxan Babayev arasında imzalanıb.

AMEA Rəyasət Heyətində "DetAl Holding" şirkətinin rəhbərliyi ilə "Daşkəsən alunit filizinin yeni üsulla emalı" layihəsi çərçivəsində keçirilən görüşdə A.Əlizadə bildirib ki, görüşün məqsədi ölkədə alunit emalının inkişaf etdirilməsi və bu sahədə mövcud potensialın reallaşdırılmasını müzakirə etməkdir.

Akademik alunit filizinin yeni üsulla emalı məqsədi ilə akademiya alimlərinin elmi tədqiqatlara cəlb edilməsi təklifini xüsusi qiymətləndirib.

S.Babayev qeyd edib ki, "DetAl Holding" ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid, ilkin alüminium və yarımfabrikat məhsulların istehsalı üzrə aparıcı şirkətlər qrupudur. Alunit emalı istiqamətində DetAl Alüminium Kompleksinin yerinə yetirdiyi layihələr və bu istiqamətdə apardığı elmi-texniki araşdırmalardan danışan baş direktor gələcəkdə şirkətin fəaliyyətində AMEA-nın müvafiq institutlarının elmi-texniki potensialı və təcrübəsindən yararlanmaq imkanlarını reallaşdırmaq təklifini irəli sürüb.

Sonda əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirən A.Əlizadə ilə S.Babayev arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti