Bakı yollarında hazırkı vəziyyət açıqlandı - Yol polisindən növbəti xəbərdarlıq

Bakı yollarında hazırkı vəziyyət açıqlandı - Yol polisindən növbəti xəbərdarlıq

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Bakı yol polisi paytaxtın bütün inzibati ərazisi üzrə səfərbər edilərək hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, hazırda yol polisi əməkdaşları paytaxtın enişli-yoxuşlu, sərt döngəli yollarına, körpü və tunellərinə tam nəzarət edirlər: "Saat 10:00-dan etibarən hava şəraiti əlaqədar paytaxtın inzibati ərazisinə aid olan küçə və prospektlərdə kəskin buz qatı yaranıb. Yolların enişli-yoxuşlu hərəkət hissələri üzrə nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaranıb".

V.Əsədov bildirib ki, hazırkı vəziyyətdə 3-cü kənar dairəvi yolda yüngül zərərlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb: "Yəni bu hadisələr avtomobillər metereoloji şərait nəzərə alınmadan idarə edildiyi üçün baş verib".

Bölmə rəisinin sözlərinə görə, yolların sürüşkən olmasının əvvəlcədən qarşısını almaq üçün tədbirlər görülür, qumun səpilməsi davam etdirilir: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsi və Bakı Şəhər İcra Hakimiyyətinin qış qarajı ilə birgə qərargah yaradılıb. Bu qərargah qış qarajının xüsusi texnikası vasitəsilə yollara qumun səpilməsini təşkil edir".

O, qeyd edib ki, 3-cü kənar dairəvi yol üzrə "Maşın bazarı" kimi tanınan əraziyə yaxın yolun həm eniş, həm də yoxuş hissəsində, həmçinin Mikayıl Müşfiq dairəsindən Badamdar qəsəbəsi istiqamətində, Ziya Bünyadov prospekti, xüsusilə, "Çermet" kimi tanınan körpü, 20 Yanvar dairəsi, 20 Yanvar körpüsü, "Şamaxinka" kimi tanınan ərazi, Biləcəri enişi, Tbilisi prospekti ilə Bakıxanov körpüsünün kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində və geriyə olan hissədə, eləcə də Yasamal rayonunun daha yüksək əraziləri, Günəşli qəsəbəsi və digər hündür ərazilərdə yerləşən küçə və yolların buzlu və sürüşkən olduğu barədə məlumat var: "Sürücülərə tövsiyə olunur ki, bu istiqamətlər üzrə hərəkət etməsinlər və nasaz avtomobillərin istifadəsindən imtina etsinlər. Çalışaq ki, belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşmış peşəkar, səriştəli sürücülərin sərbəst hərəkətinə şərait yaradaq və onların köməyi ilə hərəkəti davam etdirək".

V.Əsədov əlavə edib ki, Bakının mərkəzində - Neftçilər, Rəşid Behbudov, Niyazi, Səməd Vurğun, Azərbaycan, Əziz Əliyev, Bakıxanov, Ceyhun Hacıbəyli, Zərifə Əliyeva küçə və prospektlərində, mərkəzə doğru küçə və yollar üzrə nəqliyyatın hərəkəti normaldır: "Bakı yol polisi əhali və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, ictimai nəqliyyatdan istifadəyə və yaxud peşəkar sürücülərin köməyi ilə müvafiq ünvana çatmağa üstünlük versinlər".

Avrozonanın iqtisadiyyatını dəstəkləmək üçün yeni tədbirlər görüləcək
Avrozonanın iqtisadiyyatını dəstəkləmək üçün yeni tədbirlər görüləcək
Martın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Martın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Martın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Martın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada koroanvirusa yoluxanların sayı 570 mini ötüb
İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
Bəhruz Quliyev: Öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərən həkimlərimiz ən yüksək qiymətə layiqdirlər
İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb
Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" şüarları əks olunub (FOTO/VİDEO)
Prezident İlham Əliyev həkimləri alqışladı (VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir (FOTO)
Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb (FOTO)
Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq
Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, ona görə də tədbirlər daha da sərtləşdiriləcək
Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik
UNEC rektoru: Distant ali təhsil: 3 addım
Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz
Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq
Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)
Prezident İlham Əliyev: Əgər biz səhiyyə sahəsinə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi
Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir (FOTO)
Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir
Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi (FOTO)
Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah
YAP könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər (FOTO)
Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
Səməd Seyidov AŞ PA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək
Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu
Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı (VİDEO)
Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət
Zamanında mühüm xidmət növü - AptekOnline.az! (VİDEO)
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Azəriqaz: Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur
Quba polisi gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər (VİDEO)
Ağcabədidə yük avtomobili yandı
Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb
DİN: Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb
Tədrisi digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir (FOTO)
TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Bakıda mağazalardan oğurluq edən şəxs saxlanıldı
“Evdə qal” devizi altında aksiya davam etdirilir (FOTO)
Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Psixoloq: Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir
İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürüldü
“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
AZAL yalnız yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir
İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb
Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollar yardım ayırıb
Cəlilabadda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edildi (FOTO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Ötən gün 25 cinayətin üstü “isti izlər”lə açılıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Dənizçilər #evdəqal aksiyasına qoşulublar
İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb
SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub (FOTO)
ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək
Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib (FOTO)
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi (FOTO)
“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir (Videolayihə)
Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı
Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib (FOTO)
Atəşkəs 21 dəfə pozuldu
Bakıda “Mercedes” və “KamАZ” toqquşdu
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
Çində sutka ərzində 54 nəfər koronavirusa yoluxub
Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı
Azərbaycan bu il avtomobil ixracına başlayacaq
İordaniyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub
ÜST: Dünyada 509 mindən çox insan koronavirusa yoluxub
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib
Bütün xəbərlər