...

Küveytin nüfuzlu qəzetlərində Azərbaycanın səfirliyinin bəyanatı dərc edilib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2015 14:28 (UTC +04:00)
Azərbaycan xalqının tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Küveytin nüfuzlu və geniş oxucu kütləsinə malik “əl-Nahar” və “əl-Vasat” qəzetlərində Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin bəyanatı dərc edilib.
Küveytin nüfuzlu qəzetlərində Azərbaycanın səfirliyinin bəyanatı dərc edilib (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycan xalqının tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Küveytin nüfuzlu və geniş oxucu kütləsinə malik "əl-Nahar" və "əl-Vasat" qəzetlərində Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin bəyanatı dərc edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bəyanatda keçmiş sovet ordusunun Bakıda və ölkəmizin bir sıra digər şəhərlərində törətdiyi vəhşiliklər öz əksini tapıb. Başda Mixail Qorbaçov olmaqla, bu qanlı faciədə əli olanların beynəlxalq hüququn norma və prinsiplərinə zidd insanlıq əleyhinə cinayətləri barədə ətraflı məlumat verilib.

Dərc olunan materiallarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, həmçinin 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin dünyada ifşa olunması vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti