Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Macar dilində "Qafqazın parlayan ulduzu - Azərbaycan" adlı kitab nəşr olunub.
Macarıstanın tanınmış alimi Borbala Obrusanszkynın və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu "Qafqazın parlayan ulduzu - Azərbaycan" adlı kitab işıq üzü görüb.
Trend-in məlumatına görə, kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və s. mövzular haqqında ətraflı məlumat verilib.
Kitabın elmi məsləhətçisi "Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti"nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir.