...

Uşaqları internetin mənfi təsirindən qorumaq üçün biometrik metod təklif olunur

Cəmiyyət Materials 3 Fevral 2015 12:20 (UTC +04:00)
Texnologiyaları İnstitutu (İTİ) uşaqların və yeniyetmələrin internet şəbəkəsinin mənfi təsirindən müdafiəsi sahəsində elmi araşdırmalar aparır.
Uşaqları internetin mənfi təsirindən qorumaq üçün biometrik metod təklif olunur

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) uşaqların və yeniyetmələrin internet şəbəkəsinin mənfi təsirindən müdafiəsi sahəsində elmi araşdırmalar aparır. Bu barədə Trend-ə İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova bildirib.

Onun sözlərinə görə, göstərilən istiqamətdə institut tərəfindən görülən işlərin əsas hədəfi Təhlükəsiz İnternet Milli Mərkəzinin yaradılması üçün elmi əsaslandırmanın işlənib hazırlanmasıdır:

"Uşaqların internetin neqativ təsirindən müdafiəsi bu gün bütün dünyanı narahat edən qlobal problemdir. Və hər bir ölkə bununla müxtəlif formada, məsələn, kontentin filtrasiyası, valideynlər arasında maariflənmə işlərinin aparılması, valideynlərlə provayderlər arasında razılaşma mexanizmlərinin tətbiqi yolu ilə mübarizə aparır".

R.Mahmudova qeyd edib ki, Azərbaycanda böyüyən nəslin internetin neqativ təsirindən mühafizəsi məsələsində biometrik eyniləşdirmə sistemlərindən istifadə etmək olar: "Xüsusilə, məktəb məlumat bazası və ya elektron sağlamlıq kartı vasitəsilə şagirdin biometrik məlumatlarından istifadə etmək mümkündür. Beləliklə, məhdudlaşdırıcı tədbirlər uşağın məktəbdə müvəffəqiyyət dərəcəsinin təhlilinə və ya onun sağlamlığının vəziyyətinə əsasən qəbul edilə bilər".

Onun sözlərinə görə, əsas məsələ uşaqların onlara mənəvi ziyan vura biləcək zərərli informasiyaya girişinin məhdudlaşdırılmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti