...

Daha bir xeyir-şər evi istifadəyə verildi (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2015 11:10 (UTC +04:00)
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və dəstəyi ilə uğurla həyata keçirilən Dövlət Proqramları çərçivəsində, eləcə də Qaradağ rayonunun daxili imkanları hesabına qəsəbələrdə aparılan quruculuq və abadlıq işlərinin miqyası genişlənərək bu istiqamətlərdə əməli tədbirlər görülməkdədir.
Daha bir xeyir-şər evi istifadəyə verildi (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və dəstəyi ilə uğurla həyata keçirilən Dövlət Proqramları çərçivəsində, eləcə də Qaradağ rayonunun daxili imkanları hesabına qəsəbələrdə aparılan quruculuq və abadlıq işlərinin miqyası genişlənərək bu istiqamətlərdə əməli tədbirlər görülməkdədir.

Belə ki, Qaradağ rayonu, Sahil qəsəbəsində daha bir xeyir-şər evi istifadəyə verildi.

Mərasimdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov qəsəbə sakinləri ilə görüşərək Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə Qaradağ rayonunda həyata keçirilən tədbirlərdən, görülən işlərdən söz açaraq, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələr barədə ətraflı məlumat verdi.

Rayonumuza hər zaman hərtərəfli diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirən sakinlər onlara yaradılmış yüksək şərait üçün rayon rəhbərliyinə öz dərin təşəkkürlərini söylədilər.

Qeyd edək ki, qəsəbənin Rotterdam küçəsində tikilən xeyir-şər evi dörd yaşayış binasının ərazisində yerləşir. 150 yerlik xeyir-şər evində hər cür şərait yaradılmış, lazımi avadanlıqlara təchiz edilərək əhalinin istifadəsinə təmannasız verilmişdir. Görülən işlər çərçivəsində binaların fasadları xüsusi boyalarla rənglənmiş, həyətə işıq dirəkləri qoyulmuş, yeni asfalt örtüyü vurularaq abadlıq işləri görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti