Fuad Əlizadə: "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində 21 müəssisədə dövlət nəzarəti həyata keçirilib (FOTO)

Fuad Əlizadə: "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində 21 müəssisədə dövlət nəzarəti həyata keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində fevralın 6-da Bakının Nəsimi, Səbail, Yasamal, Binəqədi, Qaradağ rayonlarının və Abşeron rayonunun işəgötürənləri üçün "Açıq qapı" günü keçirib.

Trend xəbər verir ki, tədbirdə iş yerlərində əməyin mühafizəsi sahəsində mövcud vəziyyət müzakirə olunub, bu sahədə qanunvericilikdən irəli gələn norma və standartlar işəgötürənlərin diqqətinə çatdırılıb. İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə tədbir iştirakçılarına praktik bilgilər verilməklə, onların sualları da cavablandırılıb.

Tədbir çərçivəsində jurnalistlər üçün keçirdiyi brifinqdə DƏMX-in rəisi Fuad Əlizadə bildirib ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı hələ də bir sıra işəgötürənlər tərəfindən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına səhlənkar münasibət göstərildiyi, əməyin mühafizəsi sahəsində bir çox nöqsanların mövcud olduğu aydın olur. Cari il yanvarın 26-dan "Təhlükəsiz iş ongünlüyü"nün keçirilməsi də əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına, bu məsələyə işəgötürənlərin diqqətinin artırılmasına yönəlib. "Bununla bağlı olaraq, son on gün ərzində konkret Tədbirlər Planı üzrə respublikanın bütün bölgələrində işəgötürənlər üçün "Açıq qapı" günləri keçirilib. Bu tədbirlər, eləcə də digər formalarda aparılan maarifləndirmə işləri vasitəsilə işəgötürənlər əməyin mühafizəsi sahəsində qanunvericilik, norma və standartlar haqqında geniş məlumatlandırılıblar".

F.Əlizadə habelə sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının, TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələrinin, çoxsaylı işəgötürənlərin iştirakı ilə seminar-müşavirə keçirildiyini, respublikada əməyin mühafizəsi sahəsində vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirə olunduğunu diqqətə çatdırıb. O, ongünlük çərçivəsində əməyin mühafizəsi vəziyyətinin yerindəcə araşdırılması üçün ümumilikdə 21 müəssisədə dövlət nəzarəti həyata keçirildiyini qeyd edib: "Dövlət nəzarəti nəticəsində ayrı-ayrı müəssisələrə əməyin mühafizəsi sahəsində yol verdikləri hüquq pozuntularına görə ümumilikdə 39800 manat məbləğində cərimələr tətbiq olunub.

Həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki 3 müəssisədə iş şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurması səbəbindən həmin müəssisələrdə işlər əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanlar aradan qaldırılana qədər dayandırılıb. Bununla bağlı onların rəhbər şəxslərinə icrası məcburi olan göstərişlər verilib, müvafiq protokollar tərtib olunub".

Xidmət rəisi dövlət nəzarəti və maarifləndirmə tədbirləri ilə yanaşı, ölkədə əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığının artırılması sahəsində də artıq ilk təcrübəyə başlanıldığını bildirib: "Ötən ilin noyabrından etibarən ƏƏSMN-nin respublikada ilk dəfə olaraq təşkil etdiyi əməyin mühafizəsi üzrə tədris kurslarında ötən müddətdə artıq 140 nəfər təlim keçərək müvafiq sertifikatlarla təmin edilib. Onların təlim müddətində əldə etdikləri bilik və təcrübə təbii ki, onların çalışdıqları müəssisələrdə əməyin mühafizəsi işinin səmərəli təşkilinə müsbət təsirini göstərəcək".

F.Əlizadə qarşıdakı dövrdə də işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının diqqətdə saxlanacağını vurğulayıb.

STAR neft emalı zavodu xam neft idxalını artırıb
STAR neft emalı zavodu xam neft idxalını artırıb
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
Afrikada koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 103 mini keçdi
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub
"Bitcoin"in qiyməti 10 faiz bahalaşıb
Ağdaşda ev yanıb
Konqo Demokratik Respublikasında 15 nəfər naməlum xəstəlikdən ölüb
Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb
Bakıda mansarda tipli evdə yanğın olub, 4 nəfər xilas edilib
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır
Abşeron rayonunda 3 otaqlı ev yanıb
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb
Qırğızıstanın xəbər portalları Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransının tam mətnini yayımlayıb (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır
BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb (FOTO)
Təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı, oradan da Vətən müharibəsinə - Şəhid Arif Rüstəmov (FOTO)
Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar (FOTO)
Paşinyan Ermənistanın sabiq prezidentini ordunu onun üzərinə qaldırmaqda ittiham edib
İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib (FOTO)
Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub
Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir - Vüqar Rəhimzadə
Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əlliyə yaxın sualını cavablandırıb (FOTO)
Azərbaycanda zəlzələ olub
"Google Chrome" Azərbaycan internet bazarında liderliyini davam etdirir
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb (FOTO)
Balakəndə 2 otaqlı ev yanıb
Zakir Həsənov Belarusun səfiri ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fransız jurnalist Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərdən yazır (FOTO)
Soydaşlarımız Almaniya bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb (FOTO)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb
Sidneydə Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən avtomobil hərəkət edib (FOTO)
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanılıb (FOTO)
Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı
Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında (VİDEO)
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq (FOTO)
Unibank daha 3 mükafat qazanıb
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib (FOTO)
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Novruz bayramı ərəfəsində «PAŞA Həyat» hədiyyəli bahar kampaniyasına start verib
Sarkozi 3 il müddətinə həbs olundu
Ermənistan prezidenti Paşinyanla görüşüb
Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev
AQTİ-dən qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub
AQTA 21 müəssisədə qayda pozuntusu aşkarladı
İranda Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub (FOTO)
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb
Heyvanların identifikasiyası aparılır
Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib (FOTO)
Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik - Assosiasiya sədri
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib (FOTO)
Finlandiyada fövqəladə vəziyyət elan olundu
Cinayət qanunvericiliyində 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib - Fikrət Məmmədov
Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir
Prezident regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi - Deputat
Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi
AFFA 4 klubu cərimələdi
16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib
“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb (FOTO)
ADU-da “Arzuları həyata keçirən möcüzəvi Çin fənərləri” bayramı qeyd olunub
"Barselona"nın keçmiş prezidenti saxlanıldı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub (FOTO)
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Bütün xəbərlər