...

Kükü - pendir və ispanaqla Azərbaycan qayğanağı (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2015 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Kükü - pendir və ispanaqla Azərbaycan qayğanağı. Azərbaycan mətbəxinin yaraşığı sayılan yeməklərdən biri.

Kükü - ənənəvi Azərbaycan qayğanağıdır. Ona çoxlu göyərti, əsasən keşniş, şüyüd, cəfəri, ıspanaq, həmçinin reyhan və tərxun də əlavə edirlər.

Tərkibi: Yumurta, 6 ədəd, qaymaq 33%, 100 q, ispanaq, 40 q, şüyüd, 4 q, keşniş, 4 q, cəfəri, 2 q, qurudulmuş pomidor 40 q, duz istəyə görə, istiot istəyə görə, pendir və pomidor.

Tavaya duz səpib, üstünə ikiyə bölünmüş pomidorlar əlavə edib duxovkada 55 dərəcədə 8 dəqiqə ərzində qızartmaq. Zeytun yağı olan qabda saxlamaq.

Göyərtini xırda-xırda doğramaq, ıspanağı qaynar su ilə pörtmək və blenderdə xırdalamaq.

Dərin qabda yumurtaları qaymaqla, ispanaqla, göyərti ilə qarışdırmaq, duz-istiot əlavə etmək. Tavaya tökərək bir neçə dəqiqə bitki yağı ilə qızartmaq.

Yeməyimizi qurudulmuş pomidorlarla bəzəmək.

Nuş olsun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti