...

"Mədən ərazilərində bəzi tikililərə hüquqi status veriləcək"

Cəmiyyət Materials 20 Fevral 2015 15:14
Mədən ərazilərində bəzi tikililər var ki, onlara hüquqi status verilə bilər. Lakin tikililərin sayının artmaması və mülkiyyət hüququ verilməməsi şərtilə bu proses reallaşa bilər.
"Mədən ərazilərində bəzi tikililərə hüquqi status veriləcək"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 fevral /Trend/

"Mədən ərazilərində bəzi tikililər var ki, onlara hüquqi status verilə bilər. Lakin tikililərin sayının artmaması və mülkiyyət hüququ verilməməsi şərtilə bu proses reallaşa bilər". Bunu Trend-ə açıqlamasında ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov qanunsuz tikililərlə bağlı sualları cavablandırarkən deyib.

Şirkət rəsmisinin sözlərinə görə, çünki bu ərazilərdə tikililər sökülsə belə, orada quyuların istismarı sərf etmir: Bu səbəbdən layihə üzərində iş gedir. Layihə gerçəkləşərsə, ARDNŞ-in nəzdində olan bəzi qanunsuz tikililər tanınacaq. Amma bəzi ərazilər var ki, orada quyuları belə təmir edə bilmirik. Layihə bu ərazilərə şamil olunmayacaq".

Zəbt olunmuş torpaqlarla bağlı məhkəmə müraciətlərinə toxunan E.Orucov sakinlərin ARDNŞ-ı yox, bələdiyyələri məhkəməyə verməli olduğunu deyib: "Şirkət nəzdində olan torpaqlarda tikinti aparan sakinlər bizi məhkəməyə verir. Onlarda belə bir fikir formalaşıb ki, məhkəmə yolu ilə SOCAR kompensasiya ödəyəcək. bələdiyyələr isə məhkəməyə verilmir"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti