...

Son 6 ildə ali məktəbə sənəd verən abituriyentlərin sayı azalıb

Cəmiyyət Materials 26 Fevral 2015 13:15 (UTC +04:00)
Son 6 ildə Azərbaycanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb.
Son 6 ildə ali məktəbə sənəd verən abituriyentlərin sayı azalıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Son 6 ildə Azərbaycanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2008-2014-cü illər ərzində bu azalma 16,44%-ə bərabər olub.

2003-cü ildən 2008-ci ilədək abituriyentlərin ümumi sayı 66,27% artıb.

2014-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 97362 abituriyent ərizə verib ki, onların 52,43%-i oğlan, 47,57%-i qızdır. Artıq ikinci ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53,10%), rus bölməsində isə qızlar (54,48%) sayca üstünlük təşkil edib.

TQDK-nın apardığı statistik təhlil nəticəsində məlum olub ki, bütövlükdə götürdükdə Azərbaycan və rus bölmələri üzrə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1,7 dəfə çox olub.

Respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir. Eyni zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallıdan olan abituriyentlər arasında qızların nisbi sayı 16-31% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən rayonlarından olan abituriyentlər arasında onların nisbi sayı 56-63%dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti