...

Alıcıları qiymətdə aldadan daha bir market Nizami rayonundadır

Cəmiyyət Materials 2 Mart 2015 16:04 (UTC +04:00)
Azərbaycanda istehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınır.
Alıcıları qiymətdə aldadan daha bir market Nizami rayonundadır

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycanda istehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 103, 2380-cı məhəllə ünvanında fiziki şəxs İsa Əliyevə məxsus "Şokmart" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti