...

Bakıda cəzalandırılmayan market qalmadı

Cəmiyyət Materials 2 Mart 2015 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Əsassız qiymət artımına görə daha iki market cəzalandırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36, mənzil 5 ünvanında İradə Ağayevaya məxsus "Ümid" marketdə və Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında Nazim Sadıqova məxsus "Çinar" marketdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi aşkarlanıb, bununla da istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti