Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 2015-ci ilin fevral ayı ərzində paytaxtın küçə və prospektlərində qeydə alınmış nəqliyyat vasitələrinin sayı və onların orta hərəkət sürəti haqda statistik məlumatları açıqlayıb.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, 2015-ci ilin fevral ayı ərzində nəqliyyat vasitələrinin sayı ən çox Heydər Əliyev prospektində, şəhər istiqamətində qeydə alınıb. Belə ki, bu yolla 65 496 avtomobilin hərəkət etdiyi müşahidə olunub. Burada nəqliyyatın orta hərəkət sürəti 70,52 km/s təşkil edib.
Nəqliyyatın sıxlığına görə, sonrakı yerləri Neftçilər və Tbilisi prospekti tutur. Neftçilər prospektində 64 009, Tbilisi prospektində 20 Yanvar dairəsi istiqamətində isə 49 540 nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb. Bu prospektlərdə orta sürət müvafiq olaraq 51,12 km/s və 38,54 km/s təşkil edib. Rəşid Behbudov küçəsinin də adı ən çox sıxlıq müşahidə olunan yollar sırasındadır. Burada ay ərzində 48 385 nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb. Hərəkətin sürəti isə çox aşağı - 28,78 km/s olub.
Təhlillər göstərib ki, ən az nəqliyyat vasitəsi Əziz Əliyev küçəsində qeydə alınıb. Bu küçədən ay ərzində 7 201 avtomobil keçib. Nəqliyyat vasitələrinin azlığına baxmayaraq, bu küçədə onların sürəti də ən aşağı, cəmi 25,91 km/s olub.
Küçə və prospekt |
Sürət (km) |
Say |
|
|
Həsənoğlu küç. (Fətəli Xan Xoyski pr ist.) |
41,19 |
10749 |
|
Fətəli Xan Xoyski pr. (Koroğlu Rəhimov küç ist.) |
37.51 |
26422 |
|
Moskva pr. (Sumqayıt şəh ist.) |
64,28 |
42777 |
|
Mətbuat pr. (Badamdar qəsəbəsi ist.) |
29,92 |
18271 |
|
Rəşid Behbudov küç. |
28,78 |
48385 |
|
Səməd Vurğun küç. (Zərifə Əiyeva küç ist.) |
34,43 |
21395 |
|
Tbilisi pr. (20 Yanvar ist.) |
38,54 |
49540 |
|
Zərifə Əliyeva küç. |
41,22 |
36558 |
|
Babək pr . (Şəhər ist.) |
47,39 |
37938 |
|
Afiyəddin Cəlilov küç. |
45,94 |
21524 |
|
A.Bakıxanov küç. (Türkiyə Səfirliyi ist.) |
46,13 |
40958 |
|
28 May küç. |
33,76 |
21786 |
|
Əziz Əliyev küç. |
25,91 |
7201 |
|
Azadlıq pr. (Binəqədi şos ist.) |
31,96 |
33387 |
|
Koroğlu Rəhimov küç. (Prezident iqamətgahı ist.) |
45,17 |
24060 |
|
Heydər Əliyev pr. (Şəhər ist.) |
70,52 |
65496 |
|
Neftçilər pr. |
51,12 |
64009 |