...

Bakıda alıcıları qiymətdə aldadan daha 2 mağaza barəsində ciddi tədbirlər görülüb

Cəmiyyət Materials 3 Mart 2015 17:10 (UTC +04:00)
Bakıda iki marketdə istehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.
Bakıda alıcıları qiymətdə aldadan daha 2 mağaza barəsində ciddi tədbirlər görülüb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda iki marketdə istehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21 ünvanında "Siqma LTD" MMC-yə məxsus "Gross" marketdə, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 90A ünvanında "İntermarket" MMC-yə məxsus "Ruzi" marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində ciddi tədbirlər görülüb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti