...

Alıcıları qiymətdə aldadan daha iki market aşkar edildi

Cəmiyyət Materials 4 Mart 2015 16:29 (UTC +04:00)
Bakıda istehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.
Alıcıları qiymətdə aldadan daha iki market aşkar edildi

Azərbaycan, Bakı, 4 mart /Trend/

Bakıda istehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.

İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılması hallarının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsi, 205B ünvanında Şakir Ağayevə məxsus "Sarı" marketdə və Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus "Dəniz" marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qiymətləri əsassız artıran şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti