...

Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2015 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov komissiyanın üzvlərinə gündəliyə daxil edilməsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Gündəlik müzakirə olunaraq təsdiqlənib.

Öncə İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Olimpiya İdman Kompleksinin "İskra.az" saytından şikayətlərinə baxılıb. Müzakirələr zamanı vurğulanıb ki, bu onlayn qəzetdən narazılıq doğuran materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın əksər prinsip və bəndlərinin tələblərinə tam sayğısızlıqla yanaşılıb. Silsilə yazılarda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn fikirlərə, ifadələrə yer verilib. Komissiya bunların, xüsusən mənəvi müstəvidə aşağılanmaya hesablanmış cəhətlərin sayt rəhbərliyinin jurnalist fəaliyyətilə bir araya sığmayan maraqlarından qaynaqlandığı qənaətinə gəlib. Ona görə də Mətbuat Şurasının məsələ ilə bağlı bağlı daha doğlun qərar çıxarması üçün toplanmış materialların MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasında da araşdırılması məqsədəuyğun sayılıb.

İclasda daha iki kütləvi informasiya vasitəsi - "Maqnat.tv" və "Azerinfo.az" saytları barədə şikayətlərin də həmin komissiyada araşdırılması məqsədəmüvafiq hesab edilib. Ağcabədi Rayon Təhsil Şöbəsinin "Maqnat.tv" ilə əlaqədar müraciətinin müzakirəsində saytın qərəzli və məqsədli göründüyü təmsilçi kimi iclasa qatılan baş redaktorun nəzərinə çatdırılıb. Bildirilib ki, sərlövhəsində ittiham xarakteri daşıyan informasiya faktlara, dəlil-sübutlara deyil, ümumi mülahizələrə əsaslanır, böhtan xarakteri daşıyır. Yazının dili də olduqca qüsurludur.

İclasda şikayətçi tərəf kimi iştirak edən Bank Olmayan Kredit Təşkilatı "Vijn Fond AzərKredit" MMC-nin təmsilçisi bildirib ki, "Azerinfo.az" saytının bu qurum barədə gedən yanlış yazısı ilə bağlı həmin KİV-in elektron ünvanına şikayətçinin mövqeyi göndərilib. Lakin qarşı tərəf həmin mətnin dərcini həyata keçirməyib. Halbuki "Azerinfo.az"ın istinad etdiyi sayt "Kütləvi inofrmasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun bu tələbinə əməl edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti