...

Bakıda hələ də alıcıları aldadan marketlər var

Cəmiyyət Materials 10 Mart 2015 18:28 (UTC +04:00)
Əsassız qiymət artımının qarşısı alınıb.
Bakıda hələ də alıcıları aldadan marketlər var

Azərbaycan, Bakı, 10 mart /Trend/

Əsassız qiymət artımının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Telman Pənahova məxsus "Ruslan 93" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti