...

Ölkədə alıcıları aldatmayan market yox imiş

Cəmiyyət Materials 11 Mart 2015 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend/

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Koroğlu küçəsində Dağbəy İsmayılova məxsus "Elmar" marketdə, eləcə də Zaqatala şəhəri, F.Əmirov küçəsində "Siqma LTD" MMC-yə məxsus "Gross" marketdə aparılan yoxlamalar zamanı malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlıqdakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti