...

Bakıda daha bir küçənin təmirinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 13 Mart 2015 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Binəqədi rayonunun Biləcəri qəsəbəsində X.Natəvan küçəsinin təmirinə başlanılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, uzunluğu 1800 m olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 14-15 metr arasında dəyişir.

Artıq yolun 600 metrlik hissəsində köhnə asfalt-beton örtük qaşınaraq yenisi ilə əvəzlənir.

İşlərin intensiv aparılması məqsədilə təmir işləri gecə saatlarında da davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti