...

BDU-da "Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Mart 2015 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bu gün Bakı Dövlət Universitetinin (BDU) böyük akt zalında aborigen amerikalıların - hinduların rəqs ənənələrini nümayiş etdirən "Oklahoma Fancy Dancers" qrupunun iştirakı ilə tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət attaşesi Kelli Cullum açıb. O, vurğulayıb ki, bu tədbir azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan yaradacaq. Məşhur Amerika hinduları rəqs truppası olan "Oklahoma Fancy Dancers" üz musiqisi, həkayələri və ritual rəqsləri ilə auditoriyada xoş təəssürat yaradıb.

Qeyd edək ki, bu tədbir Azərbaycanda keçirilən "Amerika günləri" festivalı çərçivəsində baş tutub. ABŞ-ın Corctaun Universitetinin professoru və keşişi, "Sərhədsiz Din xadimləri" beynəlxalq təşkilatının prezidenti, imam Yəhya Hendinin bur neçə gün əvvəl BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Amerikada din, İslamda qadına münasibət mövzusunda çıxışı da "Amerika günləri" festivalı çərçivəsində baş tutmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti