...

Azərbaycanda 101 sahibkar cərimələndi

Cəmiyyət Materials 16 Mart 2015 13:43 (UTC +04:00)
Bu il yanvar-fevral ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 101 sahibkar inzibati qaydada cərimələnib.
Azərbaycanda 101 sahibkar cərimələndi

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il yanvar-fevral ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 101 sahibkar inzibati qaydada cərimələnib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 2 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 17 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 554, mikrobioloji göstəricilərinə görə 397, toksikoloji göstəricilərinə görə 24, radioloji göstəricilərinə görə isə 1 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin heç birində orqanoleptik və fiziki-kimyəvi və toksikoloji göstəricilərinə görə normadan kənara çıxma halları aşkarlanmayıb. Nümunələrin 2-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Bu ilin yanvar-mart aylarında iaşə müəssisələrindən 1718 yaxma, 10 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 9-da bağırsaq çöpləri normadan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti