...

"Türk xalqları ədəbiyyatı" mövzusunda viktorina (FOTO)

Cəmiyyət Materials 19 Mart 2015 15:39 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Novruz bayramına həsr olunmuş "Türk xalqları ədəbiyyatı" mövzusunda viktorina keçirilib.
"Türk xalqları ədəbiyyatı" mövzusunda viktorina (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Novruz bayramına həsr olunmuş "Türk xalqları ədəbiyyatı" mövzusunda viktorina keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Abay Mərkəzi və Yunus Emre İnstitutunun dəstəyi ilə Türk xalqları ədəbiyyatı kafedrası tərəfindən təşkil olunan tədbir "Novruz bayramı - ​​türk xalqlarının ümumi dəyəri" devizi altında keçirilib.

Viktorinada iki tələbə komandası iştirak edib: "Qılınç və Qələm" və "Gənc qələmlər". Tələbələr Azərbaycan, türk, qazax, özbək, qırğız, türkmən və tatar ədəbiyyatı üzrə öz biliklərini nümayiş etdiriblər.

Qalib "Gənc qələmlər" komandası olub və komandaya Abay Mərkəzi və Yunus Emre İnstitutu tərəfindən hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti