...

Sürücülərin nəzərinə: Sabah daha bir yol bağlı olacaq

Cəmiyyət Materials 20 Mart 2015 12:41 (UTC +04:00)
Bakıda daha bir yol təmir olunur.
Sürücülərin nəzərinə: Sabah daha bir yol bağlı olacaq

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda daha bir yol təmir olunur.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinin köməkçi sahəsinə qədər olan gediş-gəliş hissəsində təmir işlərinə başlanılıb.

Təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçiriləcək.

Göstərilən işləri nəzərə alaraq martın 21-i səhər saat 08:00-dan etibarən Babək prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə nəqliyyatın hərəkəti dayandırılacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti