Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İlkin İzzət/
Bayram günlərində təmiri sürətlə davam etdirilən Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışının yaxın saatlarda açılması gözlənilir.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə göə, dönmə əməliyyatı üçün nəzərdə tutulan hissə və həmin ərazidən Heydər Əliyev prospektinə çıxışda son tamamlanma işləri başa çatmaq üzrədir: "Heydər Əliyev Mərkəzinin qarşısından Yusif Səfərov küçəsinə çıxışda isə işlərin axşam saatlarında başa çatdırılması planlaşdırılır".