Azərbaycan, Bakı, 29 mart / Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda səhiyyə sistemində bəzi kadr dəyişiklikləri baş verib, Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasına yeni rəhbər təyin edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, Respublika Təcili Yardım Stansiyasının direktoru Məmməd Cəfərov, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev və Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov vəzifələrindən azad edilib.
M.Cəfərov Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini, R.Nağıyev isə Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi, M.Həmidov isə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.