...

Elman Rüstəmovun Mərkəzi Bankın sədrliyinə namizədliyi təsdiqləndi

Cəmiyyət Materials 3 Aprel 2015 12:35 (UTC +04:00)
Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Elman Rüstəmovun Mərkəzi Bankın sədrliyinə namizədliyi təsdiqləndi

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında qəbul edilib.

E.Rüstəmovla yanaşı, Xəqani Abdullayev də Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.

E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

X.Abdullayev isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə isə o Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.

Qeyd edək ki, Mərkəzi Banka sədr Azərbaycan Prezidentinin sərəncamı ilə təyin edilir. Sədrliyə namizəd olmaq üçün isə E.Rüstəmovun Milli Məclis tərəfindən İdarə Heyətinin üzvü təyin edilməsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti