...

Azərbaycanda havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək

Cəmiyyət Materials 8 Aprel 2015 12:46 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək.
Azərbaycanda havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Aprelin 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcə, dağlarda gecə 0-5 dərəcəyədək, gündüz 10-15, bəzi yerlərdə isə 18 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti