...

Azərbaycanda hamilə qadınlar bunları bilməlidirlər

Cəmiyyət Materials 8 Aprel 2015 17:36 (UTC +04:00)
Azərbaycanda səhhətinə görə tibb müəssisəsinə gələ bilməyən hamilə, zahı qadınlara və ginekoloji xəstələrə sahə həkimləri evdə tibbi xidmət göstərməlidir.
Azərbaycanda hamilə qadınlar bunları bilməlidirlər

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda səhhətinə görə tibb müəssisəsinə gələ bilməyən hamilə, zahı qadınlara və ginekoloji xəstələrə sahə həkimləri evdə tibbi xidmət göstərməlidir. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, həkimin çağırış üzrə xəstə qadına baş çəkməsi çağırış günündə, təcili müayinənin zəruri olduğu hallarda isə dərhal həyata keçirilməlidir.

Bununla yanaşı, həkimin təyinatı üzrə müalicə proseduru, eləcə də diaqnostika xarakterli manipulyasiyalar, tibb müəssisəsinə gələ bilməyən pasiyentlərə (qanın ümumi analizi) ev şəraitində orta tibb işçiləri (mama, laborant və s.) tərəfindən həyata keçirilməlidir.

Səhiyyə Nazirliyindən qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, hamilə qadın özəl və digər idarə tabeli tibb müəssisəsinə müraciət etdikdə həmin qadına antenatal xidmət (antenatal xidmət doğuşaqədər nəzarət məqsədilə həyata keçirilir) onun ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata alındığı barədə arayış təqdim edildikdən sonra göstərilməlidir.

Tibb müəssisəsi yaşayış ərazisi üzrə poliklinika ilə sıx təmasda olmalı və hamilə qadına göstərdiyi antenatal xidmət barədə hər ayın sonunda qadın məsləhətxanasına məlumat təqdim etməlidir.

Risk qrupuna daxil olan hamilə qadınlara da əlavə qulluq tələb olunur. Bu kateqoriyaya yaşı 18-dən aşağı, 40-dan yuxarı olan qadınlar, eləcə də uşağının atasının yaşı 40-dan yuxarı olan qadınlar aid edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti