...

Azərbaycanda inzibati cərimənin ödənmə qaydası dəyişib

Cəmiyyət Materials 10 Aprel 2015 10:10 (UTC +04:00)
Nazirlər Kabineti “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
Azərbaycanda inzibati cərimənin ödənmə qaydası dəyişib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Nazirlər Kabineti "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, dəyişikliyə əsasən "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası"nda 8-ci hissənin birinci cümləsində "şərti maliyyə vahidinin üç mislindən" sözləri "dörd manatdan" sözləri ilə, ikinci cümləsində "şərti maliyyə vahidinin qırx mislindən, hüquqi şəxslər isə şərti maliyyə vahidinin üç yüz mislindən" sözləri "qırx dörd manatdan, hüquqi şəxslər isə üç yüz otuz manatdan" sözləri ilə əvəz edilsin.

13-cü hissənin ikinci cümləsində "İnzibati" sözü "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati" sözləri ilə əvəz edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti