...

AMEA-da yeni bölmələr yaradılıb

Cəmiyyət Materials 15 Aprel 2015 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində yeni bölmələr yaradılıb.

Trend akademiyanın saytına istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Humanitar Elmlər Bölməsi (HEB) və İctimai Elmlər Bölməsi (İEB) yaradılıb.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi HEB-in tərkibinə daxil edilib.

A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Fəlsəfə və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, İnsan Hüquqları İnstitutu, Dünya Siyasəti İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu və Milli Аzərbaycan Tarixi Muzeyi İEB-yə daxil edilib.

Rəyasət Heyətinin iclasında HEB və İEB tərkibi də müəyyənləşdirilib.

Rəyasət Heyətinin qərarları ilə akademik Teymur Kərimli HEB-nin, AMEA-nın müxbir üzvü Nərgiz Axundova isə İEB-nin akademik-katibi vəzifələrini icra edən təyin ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti