Azərbaycan, Bakı, 15 aprel /Trend/
Bu gün Milli Məclis yanında Toponimiya komissiyasının iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarından daxil olmuş müraciətlərə baxılaraq, bəzi kəndlərin tarixi adlarının bərpa edilməsi və bir sıra eyniadlı kəndlərin adlarının dəyişdirilməsi məsələsi müzakirə olunub.
Komissiyanın qərarı ilə 18 kəndin tarixi adı özünə qaytarılıb, 13 eyniadlı kəndin adları isə dəyişdirilib.