Azərbaycan, Bakı, 21 aprel /Trend/
Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, diametri 530 mm-lik "Digah-Bilgəh" orta təzyiqli qaz kəmərinin bir hissəsinin kipliyinin yoxlanılması məqsədiilə bu gün saat 1000-dan 1500-dək Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.