...

"Kapital Bank"ın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

Cəmiyyət Materials 23 Aprel 2015 17:25 (UTC +04:00)
“Kapitalbank” ASC-nin “İmişli”, “Şabran və “Biləsuvar” filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə qeyd olunan bankdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
"Kapital Bank"ın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/

"Kapitalbank" ASC-nin "İmişli", "Şabran və "Biləsuvar" filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə qeyd olunan bankdan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparımış araşdırmalar zamanı bankın "İmişli" filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımovun xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq saxta kredit müqavilələrinin rəsmiləşdirilməsi, kredit məbləğlərinin müştərilərə tam həcmdə verilməməsi, kreditlərin ödənişə qəsdən yönəldilməməsi, bankın "Şabran" filialının sabiq mütəxəssisi Ceyran Orucovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırlatması, bankın "Biləsuvar" filialının sabiq baş xəzinədarı Nəriman Cəfərov və əməliyyatçısı Pərviz Əzizovun qabaqcadan əlbir olaraq vəfat etmiş rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric etmələri yolu ilə vətəndaşların və bankın hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti