...

Sloveniya "Mixaylo"nun xatirəsini yad edir

Cəmiyyət Materials 6 May 2015 10:09 (UTC +04:00)
Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsi Sloveniyada yad ediləcək.
Sloveniya "Mixaylo"nun xatirəsini yad edir

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsi Sloveniyada yad ediləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 7-dən 11-dək Sloveniyanın Lyublyana şəhərində Sovet İttifaqı qəhrəmanı, keçmiş Yuqoslaviyada "Mixaylo" ləqəbi ilə tanınmış məşhur azərbaycanlı partizan Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş anma tədbirləri keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti