...

Poçt xidmətinin izlənilməsi elektronlaşdırıldı

Cəmiyyət Materials 6 May 2015 12:34 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) daha bir xidmətini “Elektron hökumət” portalı üzərindən göstərməyə başlayıb.
Poçt xidmətinin izlənilməsi elektronlaşdırıldı

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) daha bir xidmətini "Elektron hökumət" portalı üzərindən göstərməyə başlayıb.

Nazirlikdən Trend-ə bildiriblər ki, "Poçt göndərişlərinin izlənilməsi" xidməti portala inteqrasiya olunub.

Bu xidmət vasitəsilə RYTN-in "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.

Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.

Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti