...

"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin Avropa ölkələrində yayımlanmasına başlanır

Cəmiyyət Materials 8 May 2015 15:59 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin Avropa ölkələrində yayımlanmasına başlanır.
"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu"  filminin Avropa ölkələrində yayımlanmasına başlanır

Azərbaycan, Bakı, 8 may /Trend/

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin Avropa ölkələrində yayımlanmasına başlanır.

Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filmi mayın 8-də məşhur "National Geographic" kanalında ilk dəfə nümayiş olunacaq.

Qeyd edək ki, faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan layihənin rəhbəri Arzu Əliyevadır. Filmin prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur.

Film Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış "Clarke Costelle&Co" (CC&C) prodakşn şirkəti tərəfindən istehsal olunub.

10-dan çox dilə tərcümə edilən film "National Geographic" kanalı vasitəsilə Avropanın 30-a yaxın ölkəsində yayımlanacaq.

"National Geographic" kanalı filmi mayın 9-da və 10-da təkrar göstərəcək. Hər bir ölkədə film praym-taym rejimində yayımlanacaq. Nümayiş olunduğu üç gün ərzində "Hədəf Bakıdır" filminin 50 milyondan çox tamaşaçı və ya Avropa televiziya auditoriyasının 25 faizindən çoxu tərəfindən izlənəcəyi proqnozlaşdırılır.

Oxucuların diqqətinə Avropanın hər ölkəsində filmin nümayiş olunma qrafikini təqdim edirik.

"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filmi Azərbaycanda isə ilk dəfə mayın 9-da AzTV kanalı vasitəsilə nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti