...

Bakıda 750 nəfərə yaxın vətəndaşa şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmət göstərilib

Cəmiyyət Materials 12 May 2015 16:49 (UTC +04:00)
Bakının 2 rayonunda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmət göstərilib.
Bakıda 750 nəfərə yaxın vətəndaşa şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmət göstərilib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlkin İzzət/

Bakının 2 rayonunda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmət göstərilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Növbəti belə tədbirlər paytaxtın Binəqədi və Xəzər RPİ-lərin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə sözügedən rayonlarda baş tutub.

Binəqədinin Biləcəri qəsəbəsində 223, Xəzər rayonunyn isə Türkan, Binə və Zirə kəndlərində keçirilmiş səyyar xidmətlər nəticəsində isə ümumilikdə 525 nəfərin müvafiq sənədləri qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti