...

Dövlət qulluqçuları üçün keçirilən təlimlər başa çatıb

Cəmiyyət Materials 19 May 2015 10:26 (UTC +04:00)
ADA Universiteti Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi Azərbaycan dövlət qulluqçuları üçün əhatəli təlim kurslarını başa vurub.
Dövlət qulluqçuları üçün keçirilən təlimlər başa çatıb

Azərbaycan, Bakı, 19 may /Trend/

ADA Universiteti Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi Azərbaycan dövlət qulluqçuları üçün əhatəli təlim kurslarını başa vurub.

Universitetdən Trend-ə verilən məlumata görə, ADA Universiteti Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən Azərbaycan dövlət qulluqçuları üçün əhatəli təlim kurslarını başa vurub. Təlimlər Avropa İttifaqı məsələləri üzrə dövlət qulluqçuları və digər iştirakçıların biliklərinin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı arasında olan sazişlərin icrasının asanlaşdırılması istiqamətində olub.

Ümumiyyətlə, 2014-cü il dekabr və 2015-ci ilin aprel ərzində bu təlimlərdə 40 nazirlik və komitədən 700-dən çox dövlət qulluqçusu iştirak edib. Təlimlər zamanı iştirakçılar Avropa İttifaqı Danışıqların Aparılması, Avropa İttifaqının Əsasları ilə Tanışlıq, Ticarət və Gömrük Siyasəti, Miqrasiya və İnsan Hüquqları üzrə Avropa İttifaqı Konvensiyaları, Enerji və Ətraf Mühit Siyasəti və daha çox mövzular üzrə hazırlıq keçiblər. İndividual təlimin sonunda, bütün kurs boyu iştirak edən iştirakçılar sertifikatla təltif olunublar.

Təlim proqramı ADA Universiteti və Avropa Kolleci tərəfindən icra edilən "Azərbaycan Respublikasında Avropa İttifaqı məsələlərinə aid dövlət qulluğunda təlim imkanlarına Dəstək" adlı Avropa İttifaqının maliyyələşdirdiyi layihənin bir hissəsidir.

Məlumat üçün bildirək ki, ADA Universiteti Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi 2015-ci ilin iyulun ortalarında İlk Avropa İttifaqı Yay Məktəbi keçirməyi planlaşdırır. Bu təşəbbüs Avropa İttifaqı üzrə biliklərə malik olan (yerli və xarici magistr və bakalavr tələbələri, Avropa İttifaqı işləri ilə məşğul olan dövlət qulluqçuları, tədqiqatçılar, mütəxəssislər və s. ) müxtəlif iştirakçıları bir araya gətirmək məqsədi daşıyır. Bununla yanaşı, Mərkəz ADA universitetində tam hüquqlu Avropa İttifaqı Araşdırmaları proqramının, eləcə də Avropa İttifaqı kitabxanasının yaradılması üzərində işləyir.

Avropa Komissiyası və Azərbaycan Respublikası arasında bağlanmış sazişin bir hissəsi olaraq Bilik Mərkəzinin əsası 2014-cü ilin yanvarında ADA Universitetində qoyulub. "Azərbaycan Respublikasında Avropa İttifaqı məsələlərinə aid dövlət qulluğunda təlim imkanlarına Dəstək" adlı layihənin müəyyən edilmiş məqsədləri 2011-ci ildə iki tərəf arasında memorandum vasitəsilə imzalanıb.

Layihənin missiyası müəyyənləşdirilmiş və ünvanlanmış Avropa İttifaqı ilə bağlı biliklərə dair dövlət qulluğunun qısa müddətli ehtiyacları üçün daha geniş Azərbaycan cəmiyyətinə töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti