...

Havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 28 May 2015 12:48 (UTC +04:00)
Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 28 may /Trend/

Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Abşeronda havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 29-33 dərəcə isti təşkil edəcək. Bakıda isə havanın temperaturu gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir, qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Dağlarda isə havanın temperaturu gecə 11-15, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti