...

1056 nəfər məzunun yalnız 64-ü fərqləndi

Cəmiyyət Materials 30 May 2015 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Azərbaycan Tibb Universitetini (ATU) bitirən 1056 nəfər məzunun 64-ü məktəbi fərqlənmə diplomu ilə başa vurub.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il Azərbaycan Tibb Universitetini 1056 nəfər məzun bitirir. Onlardan 127 nəfəri xarici ölkə vətəndaşıdır. Bu il məktəbi fərqlənmə diplomu ilə başa vuran 64 nəfərin 1-i xarici ölkə vətəndaşıdır. Onlardan 13 nəfəri Prezident təqaüdçüsüdür.

Bu il ATU-nu bitirən 1056 nəfər məzundan 53 nəfəri əczaçı-bakalavr, 8 nəfəri əczaçı-magistrdır. 957 nəfəri həkimdir, onlardan da 82 nəfəri ATU-nun Hərbi-tibb fakültəsini bitirmiş hərbi həkimlərdir. Builki məzunlar arasında 38 nəfər hərbi-feldşer də var. Hazırda ATU-da 671 nəfər xarici ölkə vətəndaşı təhsil alır. Onlar 19 xarici ölkəni təmsil edirlər.

Universitetin hazırlıq kursunda 165 müdavim təhsil alır. Onlardan 127 nəfəri xarici ölkə vətəndaşı, 62 nəfər Azərbaycan vətəndaşıdır. Məzunların 13-ü Prezident təqaüdçüsüdür.

Universitetin rektoru Əhliman Əmiraslanov "Məzun günü"ndə çıxış edərkən deyib ki, builki buraxılış ATU-nun sayca 89-cu buraxılışıdır. Bu il həm də Azərbaycan Tibb Universitetinin yaranmasnın 85 illiyidir. Azərbaycanda ali tibb təhsilinin tədrisinə başlanmasının isə bu il 96-cı ildönümüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti