...

Buraxılış imtahanı verəcək şagirdlər üçün yenilik

Cəmiyyət Materials 1 İyun 2015 12:07 (UTC +04:00)
Bu il Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdləri üçün keçiriləcək mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarında ilk dəfə olaraq, texnoloji yenilik tətbiq ediləcək.
Buraxılış imtahanı verəcək şagirdlər üçün yenilik

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün keçiriləcək mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarında ilk dəfə olaraq, texnoloji yenilik tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Komissiya sədri deyib ki, bu il ilk dəfə olaraq, imtahanda şagirdlərə təqdim edilən "Sual kitabçaları"nda onların adları, kodları qeyd ediləcək.

M.Abbaszadə deyib ki, indiyə kimi şagirdlərə imtahanda 4 variantda "Sual kitabçaları" təqdim edilib. Yalnız "Cavab kartları" unikal olub, yəni onlar sırf şagirdlərin özlərinə məxsus olub.

M.Abbaszadənin sözlərinə görə, tətbiq edilən bu yenilik gələcəkdə TQDK-ya yeni növ imtahana keçməyə imkan verəcək: "Belə növ imtahanlarda yalnız "Cavabr kartları" yığılmayacaq, həm də "Sual kitabçaları" yığılacaq. "Sual kitabcaları"nın uşaqlara paylanması prosesi hələ davam edir. Çünki onlar suallarının cavablarını seçmə yolu ilə aparırlar. "Cavab kartları"nda da bunu qeyd edirlər. Amma artıq yeni növ imtahanlara keçmək üçün yeni texnologiyalar tətbiq olunur. Bununla da yeni növ imtahanların bünövrəsi qoyulur. Ola bilsin ki, 2-3 ildən sonra addım-addım yeni növ imtahanlara keçəcəyik".

M.Abbaszadə qeyd edib ki, bu texnoloji yenilik şagirdlər arasında həm də köçürmə hallarının baş verməsinin qarşısını alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti