...

Azərbaycan çimərlik futbolu üzrə "Euro Winners Cup 2015" turnirində iştirak edəcək

Cəmiyyət Materials 2 İyun 2015 20:35 (UTC +04:00)
2-7 iyun 2015-ci il tarixində çimərlik futbolu üzrə İtalyanın Katanya şəhərində “Euro Winners Cup 2015” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan çimərlik futbolu üzrə "Euro Winners Cup 2015" turnirində iştirak edəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend/

2-7 iyun 2015-ci il tarixində çimərlik futbolu üzrə İtalyanın Katanya şəhərində "Euro Winners Cup 2015" beynəlxalq turniri keçiriləcək.

"Amrahbank"dan Trend-ə verilən məlumata görə, bu məqsədlə mayın 29-da "Amrahbank" ASC-nin baş ofisində bankın kollektivi ilə FC AMRAHBANK çimərlik futbol komandasının oyunçularının birgə görüşü keçirilib. Görüşdə İdarə Heyətinin sədri v.i.e. Emil Həsənov, İdarə Heyətinin üzvləri Nəcəf Cəfərli, Leyla Məmmədbəyli və kollektivin digər üzvləri iştirak ediblər.

İdarə Heyətinin Sədri v.i.e. E.Həsənov öz çıxışında son dövrlərdə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, xüsusilə Bakı Avropa Oyunları ərəfəsində ölkəmizdə görülən irimiqyaslı işlərdən, Bakı Avropa Oyunlarının ölkəımizə gətirəcəyi uğurlardan, eləcə də "FC Amrahbank" futbol klubunun əldə etdiyi uğurlardan və bu sahədə gələcək planlardan danışıb.

E.Həsənov bildirib ki, "FC Amrahbank" futbol klubunun uğuru təsadüfü deyil, bu son zamanlar dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğının bir nəticəsidir. "FC Amrahbank"ın beynəlxalq turnirdə ölkəmizi təmsil etməsi çox qururverici bir haldır. Ümid edirik ki, komandamız bu turnirdə vətənimizi şərəflə təmsil edəcəkdir və daha böyük uğurlara imza atacaqdır. Fəxrlə bildirirəm ki, bundan başqa bankımızın əməkdaşı, Rafael Tarıverdiyev də 22-24 may tarixlərində Turkiyənin Samsun şəhərində keçirilən Uşu-Sanda idman növü üzrə beynəlxalq turnirdə Azərbaycanı şərəflə təmsil etmiş, ölkəmizə qızıl medal qazandırıb".

Çıxış edənlər İtalyaya yola düşəçək oyunçularımıza uğurlar dilədilər və ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etməyi arzu etdilər.

Futbol komandasının baş məşqçisi Müslüm Hüseynov və komandanın kapitanı Rüfət Hüseynov öz çıxışlarında bankın rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını və bu turnirdən uğurlu nəticə ilə geri dönəcəklərinə ümid etdiklərini bildirdilər.

Görüş zamanı xoş və səmimi sözlər deyildi, xatirə foto şəkilləri çəkildi.

Xatırladırıq ki, "Euro Winners Cup 2015" beynəlxalq turnirinə, iyun ayının 2-də Bakı vaxtı ilə saat 20:15-də Azərbaycanı təmsil edəcək FC AMRAHBANK çimərlik futbol komandası ilə Rusiyanın Lokomativ Moskva komandaları arasında keçiriləcək oyunla start veriləcəkd.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti