...

Azərbaycanda tələbə qəbulu aparılan məktəblərin sayı artdı

Cəmiyyət Materials 3 İyun 2015 14:56 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq İqtisadiyyat Məktəbi (International School of Economics) yaradılıb.
Azərbaycanda tələbə qəbulu aparılan məktəblərin sayı artdı

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq İqtisadiyyat Məktəbi (International School of Economics) yaradılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilində aparılacaq. Burada dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili, bünya iqtisadiyyatı və maliyyə ixtisaslarında isə magistr təhsili təşkil olunacaq.

Dərsləri ADİU-nun və dünyanın aparıcı universitetlərinin müəllimləri tərəfindən keçiriləcək. Tələbələr ADİU-nun beynəlxalq tədris, o cümlədən tələbə mübadilə proqramlarında iştirak edəcəklər.

ADİU-nun Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti