...

Rezidenturaya qəbul imtahanının II mərhələsi və ixtisas seçimi haqqında elan verilib

Cəmiyyət Materials 3 İyun 2015 16:37 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Rezidentura” xüsusi buraxılışının 3-cü sayı nəşr olunub.
Rezidenturaya qəbul imtahanının II mərhələsi və ixtisas seçimi haqqında elan verilib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Rezidentura" xüsusi buraxılışının 3-cü sayı nəşr olunub.

Komissiyadan Trend-ə verilən məlumata görə, jurnalda 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan verilib. Burada həm də "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi forması (nümunə), "Rezidentura səviyyəsi üzrə ixtisasları necə seçməli?", 2014/2015-ci tədris ili üçün rezidentura səviyyəsinə qəbul aparılan ixtisaslar və onların plan yerləri, rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2014-cü ildə rezidenturaya qəbul müsabiqəsində baza tibb təhsili müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti