...

Sabah hava dəyişkən olacaq

Cəmiyyət Materials 4 İyun 2015 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə iyunun 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti