...

"Çin çay mərasimi" BDU tələbəsinə birincilik qazandırdı

Cəmiyyət Materials 4 İyun 2015 16:55 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Katana Qafarova 14-cü Ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin ilk dəfə Azərbaycan üzrə keçirilən mərhələsinin yekun turunda birinci yerə layiq görülüb.
"Çin çay mərasimi" BDU tələbəsinə birincilik qazandırdı

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Katana Qafarova 14-cü Ümumdünya "Çin dili körpüsü" tələbə müsabiqəsinin ilk dəfə Azərbaycan üzrə keçirilən mərhələsinin yekun turunda birinci yerə layiq görülüb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, K.Qafarova "Çin çay mərasimi" mövzusunda çıxışı ilə yuxarı kurslar üzrə birinci yerə layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, qalib iyul ayında Çinə 10 günlük səfər edəcək və müsabiqənin yarımfinalında iştirak edəcək. Müsabiqənin bu mərhələsinə dünyanın təxminən 100 ölkəsindən 1000-ə qədər iddiaçı tələbə qatılacaq.

Pekində K.Qafarovanı müsabiqənin yarımfinal mərhələsinə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən olan müəllimi hazırlayacaq. K.Qafarov yarımfinalda uğurla çıxış etsə, daha bir ay müddətinə Çində qalacaq və ölkəmizi müsabiqənin finalında təmsil edəcək.

Müsabiqə qalibini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov onu təbrik edib və uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti