...

TQDK buraxılış imtahanının nəticələrini açıqladı

Cəmiyyət Materials 4 İyun 2015 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üzrə Bakının ümumtəhsil məzunları üçün iyunun 2-də keçirilən buraxılış imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Şagirdlər həm də cavab kartlarının qrafik təsvirləri ilə tanış ola bilərlər.

Komissiyadan bildirilib ki, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə "2" və "3" qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i "4" və "5" qiyməti almışlar.

Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə "2" və "3" qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i "4" və "5" qiyməti almışlar. 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.

Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə "2" və "3" qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62 %-i "4" və "5" qiyməti almışlar.

Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə "2" və "3" qiyməti almışlar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68 %-i "4" və "5" qiyməti almışlar. 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti