...

Bakıda istintaq təcridxanasında nikah mərasimi keçirilib

Cəmiyyət Materials 10 İyun 2015 15:48 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.
Bakıda istintaq təcridxanasında nikah mərasimi keçirilib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təcridxanada saxlanılan Tağıyev Emin Səyfər oğlu ilə vətəndaş Baxışova Firuzə Tofiq qızının müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar Xidmət tərəfindən şərait yaradılıb.

4 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Hacıyeva Aynurə İlham qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.

Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti