...

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 19 İyun 2015 10:16 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 24-də saat 10:00-da Qazax şəhərindəki Şahmat Mərkəzində (Bakı küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 23-ü saat 10:00-dək "192" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlarqızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti