...

Regionlardakı ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib

Cəmiyyət Materials 25 İyun 2015 16:51 (UTC +04:00)
Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.
Regionlardakı ali məktəblərin magistraturasına qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, qəbul olan bakalavrların qeydiyyatı iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaqdır. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti